F-1.az xatırladır ki, yeni mövsümdə təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsinin çoxalacağı gözlənilir. Bəzi mütəxəssislər düşünür ki, buna görə ötmələrin sayı azalacaq. İddialara görə, dəyişən əylənmə zonalarına görə ötmələr azalacaq və yeni aerodinamik bolidlər ötmələrə imkan verməyəcəklər.
Amma Helmut Marko bu iddiaları ciddiyə almır: “Məncə, azarkeşlər möhtəşəm hücumlar görəcəklər. Yenə də bizi nələrin gözlədiyini demək çətindir. Simulyatordan aldığımız məlumatlara əsasən fərqli ssenarilər yazıla bilər.
Nəsə demək çətindir, amma əylənmə sürəti artsa, sürücülərin istedadları ön plana çıxacaq. Bu da istədiyimiz şeydir. Əgər təkərlər əvvəlki illərə nisbətən dözümlüdürsə, onda öndəki sürücünü rahatlıqla izləyə bilərsiniz. Son illərdə ön təkərlər tez yeyildiyi üçün bunu etmək mümkün deyildi. Bundan başqa bolidin arxa tərəfi də balanslı deyildi. Yeni təkərlər ümidverici görünürlər. İndiyə qədər pis hal görməmişəm”.