F-1.az xatırladır ki, Qaslinin gələn il Alpine-ə keçidi gündəmdədir. Buna görə də Red Bull fransalı sürücünün yerinə Nik de Vrizi düşünür.
Helmut Marko: “Danışıqlar davam edir. Qərar Suzukada veriləcək. Əvvəlcə Qaslinin vəziyyətinə aydınlıq gəlməlidir. Daha sonra AlphaTauri-yə kimin gələcəyi məlum olacaq.
Nik bu il Montsada və sərbəst yürüşlərdə göstərdiyi performansla əsas namizədlərdən biri olub”.