F-1.az xatırladır ki, mövsümün ilk Qran Prisi olan Avstraliya koronavirusa görə ləğv edilmiş və daha sonra Bəhreyn və Vyetnam yarışları da təxirə salınmışdı. Mövsümün Hollandiyada başlanması gözlənilsə də Avropada pandemiyanın sürətli yayılmasına görə bu yarışların da təxirə salınması gözlənilir.
Helmut Marko: “Qərardan sonra boksda bir yerə toplanaraq işçilərə dedik ki, yarış ləğv edilib və təhlükəsiz formada evimizə qayıtmalıyıq.
Bu qərarı biz vermədik. Əksinə yarışmağa hazır idik. Düzü, yarışmaq istəyən komandalar var idi. Amma mühərriksiz yarışmaq mümkün deyil. Qərarı daha tez vermək mümkün idi. Ancaq insanlar tez-tez fikir dəyişdirirdilər. Buna görə də proses uzanırdı.
Paddokda bir nəfərdə koronavirus var idi. Sərbəst yürüşlər keçirilməli idi, virus üçün əlavə müayinələr olmalı idi və daha son qərarı vermək olardı.
Məncə, mövsümün ilk yarışı Bakıda olacaq. Böyük ehtimalla, yay tətili də ləğv ediləcək. Buna görə də Bakıdan sonra bizi gərgin təqvim gözləyir. Hələki bazamızı bağlamamışıq. Həm 2020, həm də 2021-ci il bolidlərimizi təkmilləşdiririk”.