H.Marko mövcud mühərriklərdən narazıdır

F-1.az bildirir ki, Red Bull şirkətinin idman məsləhətçisi Helmur Marko mühərriklərlə bağlı reqlamentə yenidən baxmağa və Formula1-in bundan sonra hansı istiqamətə yönələcəyini müəyyən etməyə çağırıb.

El Confidencial-a danışan Marko bildirib: “İdeya çox sadədir: bizə ümumi dəyəri 15-20 milyonu keçməyən, 1000 at qüvvəli, standart ERS sistemi olan mühərrik və akkumulyator lazımdır. Eyni zamanda, mühərrik sürücülərə yarışmaq imkanı verməli və səsi əvvəlki dövrlərdəki kimi gur olmalıdır. İlmor, Cosworth kimi müstəqil tədarükçülərə imkan yaradılmalıdır. Biz və ya McLaren istəsək, onlardan istifadə edə bilməliyik.

Yuxarıda dediklərim olmasa, Red Bull Formula1-i tərk edə bilər. Mercedes və Ferrari bizə mühərrik verməkdən imtina etdi, Renault isə yalnız Berni Ekklstounun təzyiqlərindən sonra razılaşdı. Biz bərabər şərtlərdə və istehsalçıların şantajları ilə qarşılaşmadan yarışmaq istəyirik”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*