H.Marko: Motor qərarını dekabrda verəcəyik

Red Bull-un idman məsləhətçisi Helmut Marko bildirib ki, motorla bağlı son qərarı dekabrda verəcəklər.

F-1.az xatırladır ki, Honda 2021-ci ildən sonra idmandan gedəcək və Avstriya təmsilçisi mühərriksiz qalacaq. Red Bull növbəti illərdə Honda motorunu müstəqil formada istifadə edə biər, amma komandanın mühərrik bazası olmadığı üçün onu təkmilləşdirə bilməyəcək. Əgər motorun inkişafı dayandırılsa, Red Bull bu alternativi qəbul edə bilər. Əks halda “Qırmızı Öküzlər” yenidən Renault ilə anlaşmalıdırlar.

Helmut Marko: “Hələ qərar verməmişik. Dekabrda nə edəcəyimizi anlayacağıq. Hazırkı qaydalara görə mübərrik düzəltmək çətin və bahalıdır. FİA yeni istehsalçıların gəlməyini istəyirsə, motorlar daha bəsit və ucuz olmalıdır. Əgər mühərrik dondurulsa, biz Honda ilə işləməyə davam edə bilərik. Belə olan halda, ancaq mühərriyə baxacağıq. Bu, bizim üçün faydalı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*