H.Marko: Monakoda üstünlüklərimizdən istifadə edə bilməyəcəyik

Red Bull komandasının idman məsləhətçisi bildirib ki, Monakoda onların bolidlərinin güclü tərəfləri üzə çıxmayacaq.

F-1.az xatırladır ki, Monakoda ötmə etmək çətin olduğu üçün Aston Martin, Mercedes və Ferrari kimi komandalar burada Red Bull-un qələbə seriyasına son qoya bilərlər. Xüsusən də Ferrari vahid dövrədə çox yaxşı görünür və poul qazansa, yarışı qazana bilər. “Qırmızılar” Bakıda poul qazanmışdı. Monako da Bakı kimi yavaç döngələrdən ibarətdir.

Helmut Marko: “Monakoda bolidimizin güclü tərəflərindən faydalana bilməyəcəyik. Bu yarışda təkər yeyilməsi çox vacib olmayacaq və maşınımızın düzlük sürətindən istifadə edəcəyimiz zonalar yoxdur.

Bu il Ferrari-nin yavaş döngəlrədə Red Bull-dan daha sürətli olduğunu gördük. Ferrari-nin ən böyük gücü təkərləri tez qızdırmasıdır və bu hal sıralanma turunda onlara kömək edə bilər. Bundan başqa Alonso hər yarış güclü olmağı bacarır. Düzlüklərdə zəif olsalar da, Monakoda bunun önəmi yoxdur. Sıralanma turundan sonra öndə qalsa, qazana bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*