F-1.az xatırladır ki, Bottas bu mövsüm ondan gözlənilən performansı sərgiləyə bilmir. Buna görə də onun əvəzinə Corc Rasselin gələcəyi ilə bağlı şayiələr günü-gündən artır.
Helmut Marko: “Rasselin Mercedes-ə keçidi məntiqli olar. Həmilton xoşbəxt olmasa belə Rasseli uzun müddət zəif komandada saxlamaq olmaz. Əks halda Mercedes-in sürücü akdemiyasında xərclədiyi pulların mənası olmaz.
Bottası göndərsələr, bizə zəng eləməsin, çünki komandamda boş yer yoxdur. Onu Rassell ilə dəyişdirə bilərlər. Məncə, Williams onun üçün tək alternativ olacaq”.