H.Marko: Mercedes-ə ikinci sektorda 1 saniyə uduzurduq

Red Bull-un idman məsləhətçisi daha əvvəl Maks Ferstappenin sprintdə asanlıqla qalib gələcəyini demişdi.

F-1.az xatırladır ki, dünənki sprint yarışı təcrübəli mütəxəssisin gözlədiyi kimi olmayıb və Maks yalnızca dördüncü yerdə finiş görə bilib.

Helmut Marko: “İkinci sektorda Mercedes-ə qarşı 1 saniyə itirirdik. Bu lap çoxdur. Görünür, səhv etmişik. Və ya onlar hər şeyi düz edib. Maks Soft ilə başlasaydı da bu yarışda qalib olmazdıq, maksimum üçüncü yeri tuta bilərdik. Serxio da Həmiltonun tempində gedə bilmədi. Onun Soft təkərləri də sonlara yaxın səmərəliliyini itirdi. İşlər təsəvvür etdiyimiz kimi getmədi.

Maksın yarış üçün bir dəst əlavə yeni yumşaq təkərləri var ki, bu da bizə yarışı 2 pit-stopla keçirməyimizə kömək edəcək. Lakin ilk növbədə ikinci sektordakı problemlərimizi həll etməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*