F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən il 22 yarışdan 17-i qazanaraq, rahatlıqla Dünya Çempionu olublar. Mercedes isə mövsümə pis başlasa da, daha sonra özünə gəlib və mövsümün sonlarında bir yarış qazanıb.
Helmut Marko: “Bizim vəziyyətimiz Mercedes-in hibrid dövrünün əvvəlindəki vəziyyəti kimi deyil. Hazırda motor cəhətdən dominant deyilik. O vaxt Mercedes rəqiblərindən 50 at gücü öndə idi.
Unutmayaq ki, 2022-ci il bu reqlamentlə ilk mövsümümüz idi. Digər komandalar nələr etdiyimizi gördülər. Buna görə də peleton daha yaxın olacaq.
Mercedes-dən qorxmalıyıq, çünki strategiya və etibatlılıq cəhətdən Ferrari-dən yaxşıdırlar”.