H.Marko: “Mən yarışdan ixrac gözləyirdim”.

Red Bull şirkətinin idman direktoru Helmut Marko yarışda yaşanmış Okon-Ferstappen təmasından danışıb və fransalı sürücünü "gələcəyin Mercedes pilotu" adlandırıb.

F-1.az xatırladır ki, 21 yaşlı sürücü Braziliya yarışında lider gedərkən Okon onunla bir dövrəyə qayıtmaq istəyib və nəticədə iki sürücü təmas yaşayıb. Bu təmasdan sonra liderliyini itirən Ferstappen yarışı ikinci yerdə bitirib. Yarışı isə Mercedes komandasının sürücüsü Lyuis Həmilton qazanıb.

Helmut Marko: “2020-ci ildə Mercedes-də yarışacaq bir sürücü liderin üstünə çıxır. İnana bilmirəm. Biri ona “Ferstappen liderdir. Təkərləri təzədir. Ona hücum etmə” deməli idi. Belə axmaq hərəkət 10 saniyəlik cəza ilə nəticələnir. Mən yarışdan ixrac gözləyirdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*