H.Marko: “McLaren səhv etdi”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, McLaren keçən il Honda-dan ayrılmaqla böyük səhv edib.

F-1.az xatırladır ki, McLaren 2015-2017-ci illərdə Honda ilə tərəfdaşlıq etmiş və ən yaxşı nəticəsi 5-ci yer olmuşdu. Lakin Toro Rosso komandası Honda ilə çıxdığı ikinci yarışda 4-cü yeri qazana bilib.

Helmut Marko: “Alonso ilk yarışdan sonra Red Bull-a çatmaq istədi, amma ikinci yarışda Toro Rosso-dan geri qaldı. McLaren bu qədər güclü ola bilməzdi və onları geriyə salan təkcə Honda mühərrikləri deyildi. Renault mühərriyi ilə də düzlüklərdə çox zəifdirlər. Onlar təkcə hər yarış güclənən mühərriyi yox, həm də çoxlu pul itirdilər”.

Qeyd edək ki, Honda mühərrik müqaviləsinə görə McLaren-ə hər il 100 milyon avro və pulsuz mühərrik verirdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*