F-1.az xatırladır ki, Red Bull şirkətinin rəhbəri Ditrix Mateşiç 2022-ci ilin noyabrında uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişmişdi.
Helmut Marko: “Mateşiç üçün çox darıxıram. Bu son illərdə yaşadığımız ikinci böyük itkidir. İlki Niki Lauda idi. Onunla uzun illər dost oldum və bir yerdə işlədim.
Onun yoxluğunda işlər gedərək çətinləşir. Qərarları tək başına almalıyıq. Artıq eyni səviyyədə fikir alış-verişi edə bilmirik. Bir problem olanda o dəqiqə həll yolu tapırdı. Heç vaxt dağıdıcı olmadı. Həmişə irəligörüşlü idi. Pozitiv düşünürdü və hamıya fürsət verirdi və layihələrə inanıb bizi cəsarətləndirirdi.
Son toplantımızda sentyabr ayında Maks Ferstappen ilə Salzburqdakı Volfqanq gölündə idik. Çox uzun toplantı idi. Görək onsuz işləməyi necə bacaracağıq”.