H.Marko: “Massa təqaüdə çıxmalıdır”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Yaponiyada Ferstappenin vaxt itirməsinə səbəb olan Massa təqaüdə çıxmalıdır.

F-1.az xatırladır ki, Yaponiya yarışının sonunda Ferstappen rəqibi Həmiltonla qələbə uğrunda mübarizə apararkən, dövrəvi sürücü olan Massa hollandiyalı sürücünü ləngitmişdi.

Helmut Marko: “Yarışın sonunda Maksın təkərləri daha yaxşı vəziyyətdə idi və Lyuisə hücum etmək üçün tempi var idi. Felipe üzərinə düşən vəzifəni düz icra etsəydi, yarışın son dövrəsində həyəcanlı mübarizə izləyərdik. Massanın təqaüdə çıxmaq vaxtı gəlib. Onun bu hərəkətinə görə bəlkə də, qələbəni əldən verdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*