F-1.az bildirir ki, Helmut keçənilki titulların əldə edilməsində maşının çəkisinin azaldılmasının mühüm rol oynadığını düşünür.
Helmut Marko: “Yalnız mövsümün ikinci yarısında avtomobilin çəkisi minimal limitə çatdı. Beləliklə, biz rəqiblərimizlə eyni çəkiyə çatdıq və mövsümün ikinci yarısından etibarən Maks Ferstappen qarşısıalınmaz oldu”.
Xatırladaq ki, Ferstappen ötən mövsümdə vaxtından əvvəl çempionluq titulunu qazanıb. Sürücü bunu qalib gəldiyi Yaponiya Qran Prisinin sonunda təmin edib. Maks eyni zamanda həm 15 qələbə qazanaraq bir mövsümdə ən çox zəfər üzrə rekordu, həm də 454 xalla ən çox xal toplamaq rekordlarını yeniləyib.