H.Marko: Maksı inandırmaq mümkün deyil

Barselonadakı yarış zamanı niderlandlı sürücüyə tras hüdudlarını pozduğuna görə xəbərdarlıq olaraq ağ-qara bayraq göstərilib.

F-1.az bildirir ki, Maks daha bir dəfə eyni hərəkəti etsəydi, 5 saniyəlik cəza alacaqdı.

Bunun qarşısını almağa çalışan komanda Maksdan sürəti azaltmağı xahiş etsə də, mövcud dünya çempionu ən sürətli dövrəni vurmaq üçün hücuma davam etdi və bunu uğurla bacardı. Avstriyanın ORF telekanalına Ferstappenin hərəkətlərini şərh edən Red Bull-un avtoidman məsləhətçisi onunla mübahisə etməyin mənasız olduğunu bildirib.

Helmut Marko: “Mümkün cərimə bizi azarkeşlərdən daha az narahat etdi. Həmin vaxt təkərləri Serxio Peresinkindən daha pis vəziyyətdə olanda Maks sürətli dövrə vurdu. Belə vəziyyətlərdə adətən risk etmək düzgün deyil, lakin Maksı inandırmaq mümkün deyil. Buna görə ona qəzəblənmək olmaz”.

Xatırladaq ki, gənc dünya çempionu Barselonada karyerasının üçüncü Böyük Dəbilqəsini əldə edib. Məşqlər də daxil olmaqla, bütün sessiyalarda hamıdan sürətli olan Ferstappen yarışda sürətli dövrə ilə yanaşı, bütün dövrələri lider olaraq keçib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*