F-1.az xatırladır ki, meksikkalı sürücü 2022-ci ilə yaxşı başlasa da, mövsümün ortasında problemlər yaşayaraq, titul mübarizəsində geriyə düşmüşdü. Daha sonra isə RB18 Ferstappenin sürüş stilinə görə yığıldığı üçün komanda yoldaşına qarşı heç bir üstünlük qazana bilməmişdi. Nəticədə Çeko mövsümü 3-cü yerdə bağlamışdı.
Helmut Marko: “Çeko 1-2 yarış qazana bilər. Lakin hazırda Maks ilə bütün mövsüm ərzində mübarizə aparacaq gücdə deyil. Ümumilikdə heç bir sürücü Maksı eyni maşında məğlub edə bilməz”.