F-1.az xatırladır ki, niderlandlı sürücü Ostindəki yarışda əzəli rəqibi Həmiltonun önündə finiş görərək, mövsümdə 8-ci qələbəsinə sevinib.
Serxio Peres də yarışdan əvvəl xəstələnmiş və yarış vaxtı su sistemi xarab olduğu üçün susuz yarışmalı olmuşdu.
Helmut Marko: “Maksın gözləri yarış vaxtı qaralmışdı. Buna baxmayaraq, zehni cəhətdən çox güclüdür. Bolidi limitlərdə sürür. Sağlamlığı yaxşı olmasa da, strategiyanı yaxşı düşünürdü. İkisinin də performansı yüksək dəyərləndirilməlidir. Maks nəfəsini yaxşı idarə edərək və içki vasitəsilə yenidən özünə gəldi.
Trasa çıxarkən Peresin su sistemində problem yarandı. İçki hər tərəf sıçrayırdı. Sonra balaklavanı dəyişdirməli oldu. Yarışda suyu yox idi. Belə görünür ki, işlər tərs getdi, amma əla iş gördü”.