Helmut Marko: “Maqnussen lazımi anda qüsursuz dövrə vuraraq şansından istifadə etdi. Maks səkkizinci döngədə təkərləri bloklamaqla səhv etdi, əgər orada yarım saniyə itirməsəydi, onun nəticəsi poul üçünkifayət edəcəkdi. Şənbə günü trasın quru və ya yaş olmasının fərqi yoxdur, əminəm ki, Maks sprintdə asanlıqla qalib gələcək. Amma ehtiyatlı olmalıdır. Maqnussenin bəzən çox aqressiv olduğunu keçmişdə görmüşük. Sinqapurda onun duellərdə xoşagəlməz rəqib olduğunu izlədik. Maks liderliyi ələ keçirəcək, çox da risk etmədən sprintdə qalib gələcək.”
H.Marko: Maks sprint yarışında asanlıqla qalib gələcək
F-1.az xəbər verir ki, Red Bull məsləhətçisi Helmut Marko Kevin Maqnussenin pouluna heyran qalsa da, Maks Ferstappenin sprint yarışında heç bir problem yaşamadan qalib gələcəyini düşünür.