F-1.az xatırladır ki, niderlandlı sürücünün komandası ilə müqaviləsi 2028-ci ilin sonunda başa çatacaq.
Helmut Marko: “Maks yarışın gedişinə inamla nəzarət etdi və bir səhvə də yol vermədi. Deyim ki, buna öyrəşmişik – o, lider olanda hər şeyin yaxşı olacağını bilirik.
Maks, şübhəsiz ki, hazırda ən yaxşı sürücüdür. Onunla belə uzun müddətə müqavilə imzalamaq qərarı da bizim ən yaxşı qərarlarımızdan biri oldu. Bu cür sabitlik komanda üçün çox vacibdir və Maksın da indi özünə inamı var”.