H.Marko: Maks Avstraliyada qayıdacaq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Maks Ferstappen növbəti yarış olan Avstriyada çox güclü formada qayıdacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü Ciddədəki yarışdan əvvəl mədə ağrısından əziyyət çəkmiş və Səudiyyə Ərəbistanına bir gün gec getmişdi. Buna baxmayaraq, o hər üç sərbəst yürüşlərdə də birinci yeri tutmuşdu.

Lakin sıralanma turunda Ferstappenin bolidində diyircəkli val qırılmış və 25 yaşlı pilot yarışa 15-ci yerdən başlamalı olmuşdu. Buna baxmayaraq, ikiqat Dünya Çempionu yarışı ikinci yerdə bitirib və ən sürətli dövrəni vurub.

Helmut Marko: “Maks tam formada deyildi. O, potensialının 80 faizini göstərdi. Buna baxmayaraq, maksimumu almaq üçün hər şey etdi. Buna görə də Avstraliyada fərqli Ferstappen görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*