H.Marko: Lekler istəsə, çoxdan gedərdi

Monakolu sürücünün Ferrari ilə müqaviləsi 2024-cü ilin sonuna qədər olsa da, zəif nəticələrə görə artıq komandadan getmək istəməsi barədə şayiələr gəzir.

F-1.az bildirir ki, Red Bull-un idman məsləhətçisinin fikrincə, Şarlın belə fikri olsa idi, çoxdan edərdi.

Şarl Lekler: “Müqavilələrdə nəticələri nəzərdə tutan bəndlər var. Kobud desək, müqavilədə qeyd olunur ki, sürücü hansısa tarixə qədər, adətən yay fasiləsinə qədər müəyyən sayda xal qazanmalıdır və bundan sonra müqavilə avtomatik olaraq uzadılacaq.

Əgər bu baş verməsə, onda hər iki tərəfin müqaviləni ləğv etmək imkanı var. Məhz bu səbəbdən Sebastyan Fettel 2015-ci ildə asanlıqla Ferrari-yə keçə bildi”.
Marko həmçinin Karlos Saynsın Audi-yə getməsi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib ki, artıq yarışçı özü bunu təkzib edib: “İndi hər kəs sosial şəbəkədə nəyisə dərc edə bilər və belə yazıların hamısı yoxlanıla bilməz. Bəs Ferrari niyə Karlosla əməkdaşlığı dayandırmalıdır? Bunun sadəcə mənası yoxdur. O, yaxşı iş görür və Ferrari-nin Sayns haqqında düşünmək əvəzinə həll etməli olduğu başqa problemləri var”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*