F-1.az xatırladır ki, 23 yaşlı sürücü 2016-cı ilin Rusiya yarışında səhvlər etdikdən sonra Red Bull komandasından Toro Rosso-ya göndərilmişdi. Lakin rusiyalı sürücü İtaliya komandasının heyətində də özünü göstərə bilməmiş və 2017-ci ilin ABŞ yarışından sonra Red Bull şirkəti ilə müqaviləsi ləğv edilmişdi.
Helmut Marko: “Kvyat bizim üçün vacib sürücülərdən biri idi və ona güvənirdik. Heyif ki, işlər istədiyimiz kimi getmədi. Amma ona qarşı həmişə ədalətli olmuşuq. Özünü göstərməsi üçün çoxlu şans verdik.
İndi nə edəcək bilmirəm. İnanıram ki, Formula1-də özünü göstərə biləcək, amma artıq bizimlə olmayacaq. Bəlkə, bir az dincəlib özünə gəlsə, yaxşı ola bilər. Ona uğur arzu edirəm”.