F-1.az xatırladır ki, Red Bull komandası keçən il mövsümə pis başlasa da, yay fasiləsindən sonra sürətlənmiş və Maks Ferstappenlə iki qələbə qazanmışdı.
Helmut Marko: “Hazırda Dünya Çempionu olacaq gücdə deyilik. İki keyfiyyətli sürücünüz olanda işiniz daha asan olur. İkisi də boliddən maksimumu çıxararaq, potensialı görməyimizə kömək edir. Lakin hələ də Mercedes və Ferrari səviyyəsində deyilik. Təbii ki, burada Renault mühərriyinin böyük rolu var. Əgər bizə dözümlü və güclü mühərrik versələr, rəqabətədavamlı ola bilərik. Son illərdə yay tətilindən sonra güclənirik. Əgər bunu bir az tezləşdirsək, hər şey daha gözəl olacaq”.