H.Marko: Komandalar sürət gizlətməyəcək

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko düşünür ki, komandalar qış testlərində sürətlərini gizlətməyəcəklər.

F-1.az xatırladır ki, qış testləri sadəcə 3 gün davam edəcək və bu da o deməkdir ki, hər sürücünün günyarım vaxtı var. Buna görə də komandalar mümkün qədər çox məlumat toplamaq üçün əllərindən gələni edirlər.

Helmut Marko: “Sadəcə üç günümüz var. Burada funksiya testləri edə bilmərik, çünki bolidi mümkün qədər tez sazlanmalıyıq. Bir həftə sonra keçiriləcək yarışa hansı sazlanma ilə başlayacağımızı bilməliyik.

Bəhreyndə sıralanma tutunda hamı əlini göstərəcək. Ancaq test müddəti qısa olduğu üçün komandalar tələsirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*