H.Marko: İstəsəm, sabah ayrılaram

Red Bull komandasının məsləhətçisi Helmut Marko bildirib ki, istədiyi vaxt təqaüdə çıxa bilər.

F-1.az xatırladır ki, Helmut Marko şirkətin sabiq rəhbəri Diter Mateşiçlə yaxın dost idi, amma Diterin ölümündən sonra Helmutun gələcəyi sual altına düşüb.

Helmut Marko: “İndiyə kimi əsl iş adamı olan və işini çox yaxşı bacaran Diter Mateşiç ilə münasibətimə görə vəzifəmi çox yaxşı icra etdim. Əgər indi şirkətdə ab-hava mənə uyğun olmasa, problem yoxdur. İstəsəm, sabah təqaüdə çıxaram. Ancaq avtoidmanı çox sevirəm.

Təqaüdə çıxmaq məni narahat etmir. Mən müstəqil adamam və istədiyim vaxt komandadan ayrılaram. Red Bull-un hər iki səhmdarı inanır ki, Formula1 şirkətin ən effeltiv qoludur. Bu reallıqdır. Səhmdarlarla danışdıq və tezliklə yeni rəhbərliklə görüşəcəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*