F-1.az xatırladır ki, Çin yarışının 31-ci dövrəsində Toro Rosso komandasının sürücüsü Pyer Qasli komanda yoldaşı Brendon Hartliyə çırpılmış və qırıntıların trasdan təmizlənməsi üçün təhlükəsizlik maşını rejimi elan olunmuşdu. Bu anda Red Bull hər iki sürücüsünü pitə çağıraraq onları Soft təkərlərə keçirmişdi. Rikkardo isə Soft təkərlər hesabına rəqiblərini asanlıqla keçərək, komandasına mövsümdə ilk qələbəni qazandırmışdı.
Bu qələbədən sonra Toro Rosso komandasının sürücülərinin Red Bull-a kömək etmək üçün bilərəkdən qəza etdiyi iddiaları ortaya atılmışdı.
Helmut Marko: “Bu, axmaqlıqdır. Buna ehtiyacımız var? Qələbəni kənara qoyun, dubl edə bilərdik. Maks çox tələsdi. Həmiltonla və Fettellə mübarizədə çox itirdi. Bolidimizin əsl sürətini Çində göstərdik. Təhlükəsizlik maşını çıxdıqdan sonra düzgün reaksiya vermək vacib idi. Həmilton da pitə girə bilərdi”.