H.Marko: Honda yeganə variant deyil

Red Bull-un idman məsləhətçisi Honda ilə danışıqların davam etdiyini, lakin yeganə seçimlərinin onlar olmadığını bildirib.

F-1.az xatırladır ki, yaponların 2026-ci ildən sonra da Red Bull maşınlarını güc qurğusu ilə təmin edəcəyi barədə söhbətlər son aylarda artıb.

Helmut Marko: “Hazırda danışıqlar gedir. Lakin Honda bizim yeganə seçimimiz deyil. Porsche ilə danışıqlardan dərs almışıq. Nəticəsi dəqiq olmayan müzakirələrə girməyəcəyik. Yaponlar ilə danışıqların özünəməxsus cazibəsi var –  onlarla birlikdə oturursunuz, nəzakətlə başlarını tərpəsirlər, amma nəticə olmur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*