H.Marko Honda-ya inanır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Honda tezliklə rəqabətədavamlı güc qurğusu hazırlaya bilər.

F-1.az xatırladır ki, Toro Rosso gələn ildən etibarən Honda mühərriyindən istifadə edəcək. Bəzi ehtimallara görə Red Bull özü isə növbəti il Honda mühərriklərinə keçə bilər.

Helmut Marko: “Honda-ya inanırıq. Belə olmasaydı, müqavilə bağlamazdıq. Onların qələbə əzmindən çox təsirləndim. İnanıram ki, hər şeyi tezliklə bir araya gətirəcəklər. Onları yaxından izləyəcəyik və 2018-ci ildən sonrası üçün hər şey açıqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*