Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, komanda Honda-ya hər cür kömək etməyə hazırdır…
Helmut Marko: “Hazırda biz Honda və Toro Rosso ilə intensiv işləyirik ki, gələn il onların maşını rəqabətədavamlı olsun. Biz Honda-nın tərəqqisindən çox razıyıq və əminik ki, gələn ilin əvvəlində onlar daha güclü olacaqlar”.
Marko əlavə edib ki, Honda motorçuları Red Bull Technology Center-in infrastrukturundan da istifadə edə bilərlər. Qeyd etmək lazımdır ki, bu mərkəzdə Toro Rosso-nun deyil, məhz Red Bull komandasının maşınları hazırlanırlar. Beləliklə, güman etmək olar ki, Honda və Red Bull-un əməkdaşlığı Toro Rosso-ya mühərrik təchizatı çərçivəsindən kənara çıxır…
Helmut Marko: “Biz ümid edirik ki, Honda irəliyə doğru böyük addım atacaq. Biz onların inkişaf tempini izləyəcəyik, sonra isə, yəni mövsümün ortasında biz özümüzün inkişaf istiqamətini müəyyən edəcəyik…”