H.Marko: “Hər iki sürücü səhv etdi”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Bakı yarışındakı qəzada hər iki sürücünün də günahı olub.

F-1.az xatırladır ki, Rikkardo yarışın 39-cu dövrəsində Maks Ferstappenə hücum edərkən, hollandiyalı sürücüyə arxadan çırpılıb və hər iki sürücü mübarizəni dayandırmalı olub.

Helmut Marko: “Sürücülərin yarışmağına icazə veririk və belə hadisələr baş verir. İnana bilmirəm. İkisi də səhv etdi. Yarış insidenti idi. Har hansı birində günah axtarmaq olmaz. Həmişə sürücülərin yarışmasına icazə verdik. Birinci və ya ikinci sürücümüz yoxdur, ancaq onlardan məsuliyyətli olmağı gözləyirik”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*