F-1.az xatırladır ki, Niko Rosberq 2014-cü və 2015-ci illərdə Həmilton ilə iki dəfə çempionluq mübarizəsi aparıb və hər ikisində də məğlub olub. Almaniyalı sürücü bu mövsümə mükəmməl başlasa da, Həmilton onu yenidən qabaqlaya bilib.
Helmut Marko: “Həmiltondakı bitiricilik qabiliyyəti, yəni qatil instinkti Rosberqdə yoxdur. İlin sonunda bu amil çox fərq yaradacaq”.
Mark Zurer də eyni fikirdədir: “Lyuis Həmilton bu il 4-cü dəfə Dünya Çempionu olacaq. Niko mövsümün əvvəlində fərqi açanda hamı dedi ki, Həmilton məğlub olacaq. Amma indiki vəziyyətə baxın. Niko mükəmməl sürücüdür, amma Həmilton əsl döyüşçüdür”.