F-1.az xatırladır ki, Avstriya yarışında Elbonla Həmilton ikinci yer uğrunda mübarizə apararkən iki sürücü təmas etmiş və nəticədə taylandlı pilot yerində fırlanmışdı. Bundan sonra sonuncu yerə düşən Elbon mövsümün ilk yarışında qələbəni əldən vermişdi. Hadisəni araşdıran stüartlar isə Həmiltona 5 saniyə cəza vermiş və britaniyalı sürücü yarışı 4-cü yerdə bitirmişdi.
Helmut Marko: “Bir sürücü insidentdə açıq formada günahkardırsa və buna baxmayaraq 5 saniyə cəza ilə xal qazanırsa, bu daha çox yer itirən rəqibə qarşı haqsızlıqdır. Buna oxşar hal keçən ilin Braziliya yarışında da olmuşdu. Həmilton orada da Alekslə təmas yaşadı. Cəza sistemi yenidən müzakirə olunmalıdır. Lyuis ikinci idi və cəzaya görə 4-cü oldu. Bəs bu yerlər arasında böyük fərq var? Ancaq bu insident bizim yarışımızı tamamilə məhv elədi”.