H.Marko: Həmilton böyük təhdiddir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko düşünür ki, Lyuis Həmilton 2023-cü ildə güclü olacaq.

F-1.az xatırladır ki, Red Bull 2022-ci ildə rahatlıqla çempion olub. Mercedes isə bu il zəif təsir bağışlayıb və Həmilton karyerasında ilk dəfə qələbəsiz mövsüm keçirib.

Helmut Marko: “Ferrari güclüdür, amma ümumi maşında Mercedes daha öndə olacaq. Xüsusən də, Lyuis Həmiltonu unutmamaləyıq. O, hələ də ən güclü sürücülərdən biridir.

Düzdür, Ferrari-nin də Lekler kimi sürücüsü var, amma o hələ də səhvlər edir. Mercedes bizimlə eyni səviyyə də olmasa da, aerodinamik boruda daha çox vaxt keçirəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*