H.Marko: Hələ cavab tapmamışıq

Təcrübəli mütəxəssis Maks Ferstappenin Bəhreyndəki ilk yarışda yaşadığı tarazlıq probleminin səbəbini hələ tapmadıqlarını bildirib.

F-1.az xatırladır ki, son iki ilin dünya çempionu mövsümün ilk yarışında rahat qələbə qazansa da, bolidin tarazlığından yarışboyu şikayət etmişdi.

Helmut Marko: “Balansın niyə qəfil dəyişdiyinə dair hələ dəqiq cavabımız yoxdur. Düşünürük ki, bu, dəyişən şərtlərlə bağlıdır. Ola bilsin ki, trasda mövsümöncəsi test günlərindən daha çox qum var idi. Yeni təkərlər də çox həssasdır. Bəlkə də biz balans baxımından lazım olandan çox və ya olduqca az iş görmüşük”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*