H.Marko: “Hamı bizi nüsxələyir”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, daha əvvəl akademiya sürücüləri olan, ancaq indi Formula1-də yarışmayan pilotlar Red Bull-la idmana qayıda bilməz.

F-1.az xatırladır ki, Red Bull-un sürücü akademiyası bir neçə gəncin Formula1-ə yolunu açıb. Hazırda peletondakı 20 sürücüdən 7-i “qırmızı öküzlər”in gənc sürücü proqramından çıxıb. Lakin son illərdə akademiyanın fəaliyyəti zəifləyib. Belə ki, Avstriya təmsilçisi 2018-ci ildə Brendon Hartlini, 2019-cu ildə isə Daniil Kvyat və Aleks Elbonu geri çağırmalı olub.

Helmut Marko: “Bu mövzu bağlanıb. Başqa seriyalarda karyeralarını qurublar. Məsələn, Jan Erik Vern Formula E-nin qalibi olsa belə Formula1-dəki standartlara caab verə bilməz. Pirelli təkərlərinə öyrəşməsi üçün vaxt lazımdır. Sırf buna görə onların qayıtması mümkün deyil. Ancaq aşağı seriyalarda istedadlı uşaqlar var. Hobbilərini işə çevirərək pul qazanırlar. Bu, gözəl haldır. Bunu anlamaq lazımdır. Əvvəlcə gənc komanda himayə altında idi. Ditrix Mateşiçin səyləri nəticəsində iki komandamız oldu.

Bəzən bizi tənqid edirlər. Ancaq bunu anlamıram. Çünki onları maliyyələşdiririk. Əgər yardım etməsək, bəlkə də yarışa bilməzdilər. Formula1-də 20 oturacaq var və 20 sürücünün hamısı ora istedadına görə gəlməyib. Amma bizim yetişdirdiyimiz və yarış qazanan neçə sürücü var? Fettel, Rikkardo, Ferstappen… Podium qazananların sayını unutmuşam. Xoşbəxtik, çünki rəqiblərimiz bizi kopiyalayırlar. Lakin bizim uğurumuzu təkrarlaya bilmirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*