F-1.az xatırldır ki, hazırda Mik Şumaxerin idmandakı gələcəyi müəmmalıdır. Bəzi iddialara görə isə Haas komandası Braziliya yarışından əvvəl Hülkenberqi transfer etdiklərini rəsmən açıqlayacaq.
Helmut Marko: “Mik hazırda təcrübəli Maqnussenlə mübarizə aparır. Onun yanında inkişaf edən istedadlı sürücü olsa, onu seçmək olar. Amma hazırda onu görmürəm. Mühəndislər Kubokunda hər xal vacibdir, çünki sonda turnir cədvəlindəki yeriniz mükafat bonusuna təsir edir. Səkkizinci və onuncu yer arasında milyonlarla dollar fərqi var. Hass təcrübəli sürücü seçəcək.
Niko özünü isbatlamış sürücüdür. Son illərdə çox test etməsə də, ehtiyat sürücü kimi bolidə minib, uğurlu oldu. Bu da onun xeyrinədir”.