F-1.az bildirir ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson koronavirus pandemiyasına görə küçəyə çıxma yasağı tətbiq edəcəyini demişdi. Bu yasaq dünəndən başlayıb. Formula1 komandaları da bazalarını bağlamalı olub və üç həftə ərzində aça bilməyəcəklər. Bu qayda əksər ölkələrdə tətbiq edilir və insanlar ya evdən işləyirlər ya da istirahət edirlər.
Helmut Marko: “Düzünü desəm, insanların bu qaydaları belə sakit qəbul etməsi və yerinə yetirməsi məni təəccübləndirdi. Bu, şəxsi həyata və iş dünyasına müdaxilədir. Bunu qəbul edə bilmirəm. Şirkəti bağlayırsansa, onun maliyyəsini də düşünməlisən”.