F-1.az xatırladır ki, almaniyalı sürücünün Ferrari ilə müqaviləsi ilin sonunda başa çatacaq və tərəflər yeni müqavilə bağlamamaq qərarına gəliblər. Buna görə də dördqat Dünya Çempionunun növbəti mövsümdə harada yarışacağı müəmmalıdır.
Helmut Marko: “Sebastyanla həftədə ən az bir dəfə danışıram. Çox istedadlı və güclü sürücüdür. Karyerasını davam etdirəcəkmi bilmirəm. Bu barədə heç bir məlumatım yoxdur. Sualın cavabı elə Fetteldədir. Son qərarı özü verəcək”.