F-1.az xatırladır ki, Rusiya yarışının startında Lekler komanda yoldaşı Fettelə hava kisəsi vermiş və almaniyalı sürücü bunun hesabına liderliyə yüksəlmişdi. Lakin dördqat Dünya Çempionu daha sonra sözünü tutmayaraq, Lekleri önə buraxmamışdı. Buna görə də “qırmızılar” Fetteli pitə gec çağıraraq, Leklerin arxasına salıblar.
Helmut Marko: “Ferrari ən sürətli maşınla qalib gələ bilmədi. Trasın ən sürətli sürücüsü olan Fetteli fəda etdilər. Artıq onun Ferrari-də gələcəyi yoxdur”.