F-1.az xatırladır ki, almaniyalı sürücü Həmiltonun əylənmə ilə bağlı test etdiyini düşünərək, bolidini britaniyalı sürücünün üzərinə sürmüşdü. Fettel bu hadisədən sonra 10 saniyəlik dayan və get cəzası almışdı. Lakin buna baxmayaraq, Fettel yarışı 4-cü, Həmilton isə 5-ci pillədə bitirmişdi.
Helmut Marko: “İki ulduz pilot iki intizamsız yol sürücüsü kimi davrandı. Aralarındakı münasibət artıq əvvəlki kimi olmayacaq. Həmilton Fettelə qarşı əyləc testi etdi. Fettel də əsəbiləşib intiqam aldı. Mercedes Həmiltonun boyunaltını düz taxmadığı üçün isə ədalət bərpa olundu. Fettel o hərəkəti təhlükəsizlik avtomobilinin arxasında aşağı sürətlə gedərkən etdi. Məncə, yarış sürücüsü emosional olmalıdır. Robotlara yox, insanlara ehtiyacımız var. Buna görə sevinməliyik”.