H.Marko Ferstappenin startından təsirlənib

Red Bull şirkətinin idman direktoru Helmut Marko gənc Maks Ferstappenin ilk döngədəki əylənməsinə təriflər yağdırıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa üçüncü yerdən başlasa da, startda iki Mercedes-i birdən qabaqlayaraq, liderliyə yüksəlib. Bundan sonra isə rahatlıqla yarışı qazanıb. Daha sonra Ferstappen bildirib ki, startda gec əylənməni əvvəldən hesablayıbmış.

Helmut Marko: “Çox gözəl yarış idi. Maksın startda bu qədər gec əylənəcəyinə inanmırdım. Bunu heç kim ağlına gətirməzdi. Çox təəccüblü idi.

Son illərdə heç kim Meksikada pouldan başlayıb qalib gəlməmişdi. Buna görə də yarış haqqında pozitiv düşüncədə idik. Sıralanma turu pis keçsə də, yarışı qazanmaq üçün tempimiz var idi. Ferstappenin ilk döngədəki gözəl hücumundan sonra hər şey bizim nəzarətimizə keçdi. Maks arxadakılardan uzaqlaşmağa başladı.

Braziliyada qələbə dublu qazanıb, arxadakılarla fərqi artırmalıyıq. Görək yaxın şərqdəki yarışlar necə keçəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*