H.Marko: Ferstappenin maşınında problem var

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, birinci sərrbəst yürüşlərdə Maks Ferstappenin maşınında problem yaşayıblar.

F-1.az xatırladır ki, niderlandlı sürücü qış testlərində RB19-dan razı görünsə də, bu gün birinci sərbəst yürüşlərdə vəziyyət fərqli idi. İkiqat Dünya Çempionu bütün tərkibli təkrələrdə komanda yoldaşı Peresdən geri qalırdı.

Helmut Marko: “Müəmmalı səbəblərə görə Ferstappenin maşınının davranışı dəyişdi və bunu hazırda anlamırıq. Temperatur bir az artıb. Problemin səbəbini tapmalıyıq.

Əminəm ki, komanda bu vəziyyəti ikinci sessiyaya qədər həll edəcək, amma maraqlıdır ki, bu problem eyni sazlanan iki maşının birində yaşanıb”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*