F-1.az xəbər vermişdi ki, Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirmişdi ki, Maks Ferstappen komandası Red Bull-a daha çox maaş almaq üçün kələk gəlib.
Helmut Marko: “Onunla gələcək planlarımızdan danışdıq. Söz verdik ki, 2020-ci ildə ən yaxşı mütəxəssislərlə işləyəcəyik və bir neçə mühərrik alternativimiz olacaq. Honda-nın Sakuradakı bazalarına baxdıq və orada hər şeyin qaydasında olduğunu gördük. Buna görə razı oldu. Maaşını artırmaq üçün fürsətdən istifadə etdi. Amma qazandığı pula görə Fettel və Həmiltona çox uduzur. Əgər çempion olsa, onlar kimi qazanacaq. İndi maaşı azdır, amma bonusları yüksəkdir”.