F-1.az xatırladır ki, komanda yanacaq həcmini düzgün hesablaya bilmədiyi üçün niderlandlı sürücü sıralanma turunda 8-ci olub. Yarışda isə Norrisə hücum edərkən döngəni ala bilməyib və gerilərə düşüb. Keçən ilin Dünya Çempionu yekunda 7-ci yeri tutub.
Helmut Marko: “Bütün həftəsonu çətin keçdi. Cümə günü sazlanmalarda tərs yönə getdik. Şənbə günü isə sıralanma turunda dilenmada qaldıq. Startda isə səhv rejimdə idi və əylənmədə səhv etdi. Bütün tərsliklər bir araya gəldi. Çox şey istəyirdi və əvvəldən məlum idi ki, bunlar olmayacaq.
Peres isə gözəl yarışdı. Mükəmməl startdan sonra qüsursuz performans göstərdi. Leklerin təzyiqlərinə dözdü və liderliyini qorudu”.