H.Marko: “Ferstappeni sevmirlər”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, stüardlar Ferstappenə qarşı çox qəddardırlar.

F-1.az xatırladır ki, Monako yarışında Maks Ferstappen və Valtteri Bottas pit-stop zamanı yan-yana gəlmiş və iki sürücü təmas etmişdi. Təmas nəticəsində Bottasın təkəri partlamış və stüardlar hollandiyalı sürücüyə 5 saniyə cəza vermişdilər.

Helmut Marko: “Bottası qabaqlamışdı. Amma belə görünür ki, stüardlar Maksı sevmirlər. Bottas arxada idi və yol verə bilərdi. Ferstappen buna görə podiumu, Bottas isə yer itirdi”.

Ferstappen yarışın sonlarında Həmiltonla da təmas yaşamışdı. Lakin Marko burada günahın britaniyalı sürücüdə olduğunu düşünür: “Məncə, Həmilton sola doğru hərəkət elədi. Amma Laudanın qırmızı dəbilqəsini taxdığı üçün cəza vermədilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*