F-1.az xatırladır ki, koronavirus hazırda bütün Avropanı bürüyüb. Red Bull komandasının gənc sürücüsü Maks Ferstappen də bundan narahatdır.
Helmut Marko: “Ferstappen koronavirusdan qorxur. Ancaq bu xəstəlik onu tutsa, yaxşı olar. 22 yaşı var və risk qrupunda deyil. Bu virusun hesabına çempionluq yarışında daha güclü olar.
Maks və Elbon hazırda simulyatorda işləyərək formada qalırlar. Monakoda küçəyə çıxmaqla bağlı qadağalar var və qonşuya keçmək üçün səbəbiniz olmalıdır”.