F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il 4 yarışdan da xal alaraq, karyerasının ən yaxşı mövsüm başlanğıcını edib. Hazırda 51 xalla 4-cü yerdə olan Maks lider Bottasdan 36 xal geridə qalır.
Helmut Marko: “Həmilton, Bottas, Lekler və Fettel bu il qeyri-stabildirlər. Sadəcə Maks qüsursuz performans göstərir və boliddən maksimumu alır. Hətta, bolidin potensialını artıqlaması ilə göstərir. Çempion olmağa hazırdır. Barselonada çempionluğa layiq olduğumuzu isbat edəcəyik”.