F-1.az xatırladır ki, “qırmızı öküzlər” qış testlərində yaxşı performans göstəriblər.
Helmut Marko: “Bolid gözlədiyimizdən yaxşı işlədi. Buna görə də mövsümə yaxşı başlayırıq. Maks Ferstappeni ən gənc Dünya Çempionu etmək hədəfimizə bir az da yaxınlaşdıq. Avstraliyada Mercedes-lə qələbə uğrunda mübarizə apara bilərik.
Testlərdə hamı əlini gizlədir. Ancaq əvvəlki illərə nisbətən hazırlıqlıyıq. Honda-ya güvənirik. Etibarlıdırlar. Keçən il dəzgah testində 500 kilometr yol qət etmişdik. Bu il isə 5 min kilometrə çatmışıq. At gücü qüvvələri də artıb. Mercedes və Ferrari motoruna çatıb. Buna görə sıralanma tempimiz də artacaq”.