Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko düşünür ki, Ferrari gələn Vassyörlə zəifləyəcək.
F-1.az xatırladır ki, gələn ildən Mattia Binottonu Frederik Vasstör əvəz edəcək.
Helmut Marko: “Bu dəyişikliyi anlamıram. Binotto mükəmməl texnik və siyasətçi idi. Ona dəstək olmaq üçün bir nəfər idman direktoru lazım idi. Vassyör bu komandanı lap geriyə aparacaq. Formula1-də stabillik vacibdir”.