F-1.az xatırladır ki, Mattia Binotto komanda rəhbərliyindən istefa verib. Onun yerinə ən böyük namizəd Frederik Vassyördür.
Helmut Marko: “Ferrari bu vəzifəyə öz adamlarından birini gətirəcək. BMW 2006-cı ildə Sauber-i satın alanda özlərinin yüksək vəzifəli mühəndislərindən olan Mario Teysseni komanda rəhbərliyinə gətirmişdilər”.
Komanda daxilində bu vəzifəyə ən real namizəd Loren Mekisdir. O, Mattia Binottonun köməkçisi idi və komandanın bütün işlərinə hakimdir. Lakin ola bilsin ki, Ferrari hər şeyə yeni başlanğıc etsin və tamamilə yeni bir adam gətirsinlər.